Sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO

Sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Sumqayıtdan Bakıya qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlərin iddiasına görə, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyəti qurumlarla bərabər sərnişinlər də iştirak edə bilərlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.

Bakı-Sumqayıt üzrə həm qeyri-qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.

Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.

Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib-gəlirlər.

Qiymət artımı ilə bağlı "XəzərXəbər"ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşrutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilərlər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır

Sərnişinlərə tövsiyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...