Serj Sarkisyanın Baden-Badenə səfəri ilə bağlı cinayət işi açıldı
14:56 / 12.10.2021
968
Ermənistan Xüsusi İstintaq komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açılıb.
Bu barədə Sfera.az "Sputnik Armenia”ya istinadən xəbər verir.
Bildirilir ki, oktyabrın 8-də Baş prokurorluğa işin başlanması ilə bağlı materiallar daxil olub. Ona Cinayət Məcəlləsinin 308 -ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumar evlərində 100 milyon dollar uduzduğunu bildirib.