Serj Sarkisyan kazinoda 100 milyon dollar uduzub? - İddialar istintaqa göndərildi

Serj Sarkisyan kazinoda 100 milyon dollar uduzub? - İddialar istintaqa göndərildi
Ermənistanın Baş prokurorluğu sabiq prezident Serj Sarkisyanın Baden-Baden kazinolarında 100 milyon dollar uduzması ilə bağlı məsələni araşdırır.

Sfera.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, prokurorluq bu barədə məlumatları müvafiq materialların hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərib.

Baş prokuroruluq bundan əvvəl məlumatların araşdırılması üçün polisə müraciət etsə də, cavab almayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin avqustun 25-də keçirilən iclasında hakim "Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezidentin Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini inkar etməsə də, kazinolara baş çəkmədiyini deyib.

 

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...