Sərinləmək istəyərkən həyatınızı riskə atmayın! - Ekspert küçələrdə satılan içkilərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Sərinləmək istəyərkən həyatınızı riskə atmayın! - Ekspert küçələrdə satılan içkilərlə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Yay fəsli daxil olan kimi şəhərdə hər addım başı kvas, eləcə də spirtli və ya alkoqolsuz içkilərin satıldığı kiçik məntəqələr quraşdırıldı. Belə məntəqələrin çoxalması həm də insanların tələbatının yüksək olmasından irəli gəlir.

Bəs, küçədən aldığımız mənşəyini bilmədiyimiz belə içkiləri qəbul etmək nə dərəcədə risklidir? Belə məhsulların saxta, ya həqiqi olduğunu istehlakçı necə bilsin?

Məsələ ətrafında Sfera.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert Vahid Həsənov bəzi hallarda marketdə satılan adi suyun belə sağlamlığa ziyan vura biləcəyini deyib:

"Küçə ticarəti bizdə çoxdan qadağan olunub. Lakin nədənsə yenidən bu ticarət növü spirtli içki, xırda ticarət timsalında yayılmaqdadır. Düzdür, yay mövsümündə xüsusilə dənizə yaxın ərazilərdə bu ticarətə icazə verilir, lakin yenə də belə yerlərdən məhsul almaq bir qədər risklidir. Spirtli içkinin özünün xüsusi saxlama rejimi, realizasiyası var. Bu məsələ artıq küçə satışında pozulur. Bəzən görürük ki, ticarət şəbəkəsinin qarşısında sular, meyvə şirələri, spirtli içkilər günün altında qalır. Bu yolverilməzdir. Çünki mayenin daxili temperaturu dəyişir, qablaşdırma ilə reaksiyada mənfi hallar yaranır ki, bu da insana zəhərlənmə verə bilər. Bu baxımdan ilk növbədə məhsulun düzgün saxlanması qaydalarına əməl edildiyini bilməliyik”.

Ekspert alıcıların təmiz məhsulu ayırd edə bilmə imkanının olduğunu qeyd edib:

"Hər bir məhsulun uyğunluq, gigiyenik sertifikatı olur. Bundan başqa kiçik içki məntəqələrindən satışa icazə ilə bağlı sənəd tələb edilməlidir ki, məhsulun zərərsiz olduğuna əmin olaq. Çox təəssüf ki, insanlar bu sənədləri tələb etməyi ayıb hesab edirlər. Lakin unutmayaq ki, saxta məhsul hesabına həyatımızı riskə atmış ola bilərik. Hazırda mövsümlə əlaqədar olaraq insanlar ayaqüstü belə məntəqələrdən içki alıb içir. Yəqin ki, yaxın zaman ərzində sanitar epidemoloji mərkəzlər tərəfindən bu cür saxta içkilər təqdim edən məntəqələrin fəaliyyətinə xitam verilər. Əks halda belə məntəqələrin ciddi fəsadları ola bilər ”.

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...