Serialdan sonra Bakıdan Çernobıla turlar başladı

Serialdan sonra Bakıdan Çernobıla turlar başladı

"Çernobıl”faciəsinə həsr olunmuş eyniadlı serialın dünyadakı uğurundan sonra bu əraziyə turist axını başlayıb. "Qafqazinfo” xəbər verir ki, turlar əsas iki məntəqə üzrə həyata keçirilir: birincisi faciənin yaşandığı Pripyat şəhərinə, ikincisi isə filmin kadra alındığı, "Çernobıl” stansiyasının imitasiyası olan "İqnalinsk” Atom Elektrik Stansiyasına.

"İqnalinsk” AES ziyarətçiləri üçün giriş biletlərini almaq elə də asan deyil. Belə ki, qiyməti 100 funtsterlinq olan giriş bilet 2-3 ay öncədən alınmalıdır.

Artıq Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil etməyə başlayıb.

Səyahət turunun qiyməti 366 USD-dən başlayır. Bu qiymətə oteldə yerləşmə, ətraflı ziyarət ediləcək yerlərin gündəmi, səyahət sığortası, transport, sənədli filmlərin izlənilməsi, marşrutun xəritəsi, Çernobıl qəzalı zonasını ziyarət etdiyiniz üçün xüsusi sertifikat daxildir.

Bu kimi tur təklifləri vətəndaşlar üçün maraqlı olsa da, onlar hələ də ərazidə radiaktiv şüalanmanın olduğuna görə, səfərdə iştirakı uyğun saymırlar.

 



 

 

Azərbaycanlı fotoqraf Orxan Əzim də 2016-cı il fevral ayında Çernobıla səfər edənlərdəndir. Fotoqrafın sözlərinə görə, əraziyə gedən zaman ona xüsusi hər hansı bir geyim verilməyib. Nəticədə də, səhhətində müəyyən dəyişikliklər baş verib:

"Mən Pripyata Kiyevdən fərdi şəkildə getmişdim. Orada tur şəklində 1 gün ( nahar daxil) 125 dollar, fərdi isə 450 dollardır. Xüsusi təhlükəsizlik üçün heç bir geyim verilməmişdi. Səfərdən sonra səhhətimdə bəzi dəyişikliklər hiss edirəm, amma yoxlanmamışam deyə bilmirəm nədir. Şüalanma hələ də var və aparılan tədqiqatlara görə uzun zaman gedəcək.

Orada olanda, hər şeyə, demək olar ki, heyranlıqla baxıb çəkirdim. Aylarla xəyalında canlandırdığın bir məkanda birdən-birə olmaq, möcüzə kimi gəlirdi”.

Fotolar Orxan Əzimə məxsusdur.

 

 


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...