“Sərhədlərin nə vaxt açılacağını demək çətindir” - Prezident

“Sərhədlərin nə vaxt açılacağını demək çətindir” - Prezident

"Sizin tövsiyələriniz çox qiymətlidir, biz postpandemiya dövründə onlara riayət edəcəyik”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirdiyi videokonfransda deyib.

Dövlət başçısı xatırladıb ki,  pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb: "Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır.

Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq”.

OXŞAR XƏBƏRLƏR

Artur Rasizadə anasının erməni olmasından danışdı: “Valideynləri biz seçmirik…”

Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləm...

Düşmənin hərbi obyektləri və 20 əsgəri məhv edildi – Video

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin r...

ATƏT-in Minsk Qrupu niyə susur? – Cəbhədə baş verənlər həm də onların məsuliyyətsizliyidir

"Səfərbərlik çağırışları göstərir ki, cəmiyyətimiz düşmənin ərazilərimizdən qovulması üçün kifayət qədər əzmkar əhval-ruhiyyədədir”. Sfera.az-a açıqlamas...

Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq

 Sfera.az xəbər verir ki, Türkiyənin ən məşhur radio aparıcısı Ali Şentürk öz canlı efirində Azərbaycana dəstək ifadə edib.   "Afrikalı Ali" t...

“Həlak olan hərbçilərimizin qisası alındı” - İlham Əliyev

  "Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsı...

Təbriz Tovuzdakı döyüşlərə görə ayağa qalxdı - Qürurverici GÖRÜNTÜLƏR

Ötən gecə düşmən ordusunun cəbhənin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdlərinin qarşısı uğurla alınıb. Baş verənlər ölkənin hər yerində ordumuza d...