“Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır...”

“Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır...”
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının toplantısında iştirak etmək üçün Sankt-Peterburqa səfər edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. virtualaz.org  Federasiya Şurasının rəsmi "senatinform.ru” portalına istinadən xəbər verir ki, Matviyenko Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqların başlaması zərurətini qeyd edib.

"Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından düz bir il keçir. Üç dövlətin (Azərbaycan, Ermənistan və Rusiya) rəhbərlərinin müdrikliyi çatdı ki, qan axıdılmasının dayandırılması naminə sənədi imzalasınlar və dinc dialoqa keçsinlər. Lakin danışıqlar prosesi ləng irəliləyir, buna görə də regionda gərginlik qalır”, - Rusiyanın ikinci şəxsi görüşdə bildirib.
Matviyenko vurğulayıb ki, bu gün əsas vəzifə sərhədlərin o cür müəyyən edilməsidir ki, tərəflərdən heç birinin döyüş əməliyyatlarını bərpa arzusu meydana çıxmasın.

"Rusiya bu işə öz köməyini təklif edib, nəzərə alaraq ki, sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onlar yoxlanılıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar və Azərbaycanla Ermənistan bu yanaşmanı dəstəkləyir.  Anlayış və razılıq var, amma proses ləng gedir. Bunun da nəticəsində gərginlik yaranır”, - Federasiya Şurasının sədri belə deyib.

Sahibə Qafarova isə bildirib ki, Azərbaycan da Qarabağda sülhün və sabitliyin yaranmasına hədəflənib. Onun sözlərinə görə, regionda sülh yaranmadan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması haqda danışmaq mümkün deyil.

 "Biz görürük ki, dünya ictimaiyyəti necə genişlənir, bununla yanaşı biz başa düşürük ki, dar mənada indi bizim regionun heç bir ölkəsinin inkişafı barədə ayrılıqda danışmaq mümkün deyil-hökmən hansısa qarşılıqlı əlaqələr tələb olunur. Bütün bunları sülhün təmin edilməsi baş vermədən etmək mümkün deyil” , -Milli Məclisin sədri deyib.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir   Prezident İlham Əliyevin rəhbərl...

""Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib" - Rüstəm Ağayev

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib.    Sfera.az xəbər verir...

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...