Sergey Şoyqu: \"Qərb sərhədində vəziyyət gərgindir\"
18:09 / 20.04.2021
1367
"Ukrayna rəhbərliyi Donbasda sabitliyi pozmağa çalışır”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın cənub-qərb strateji istiqamətində hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır.
S.Şoyqu deyib ki, ABŞ və NATO paralel olaraq Qara dəniz akvatoriyası və hava məkanında təxribat törətməkdə davam edir.