Sergey Lavrovla \"Taliban\" arasında görüş BAŞLADI
12:50 / 20.10.2021
775
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada səfərdə olan "Taliban”ın müvəqqəti hökumətinin nümayəndələri arasında görüş başlayıb.
Sfera.az TASS-a istinadən bildirir ki, görüş hazırda "Prezident” otelində, bağlı qapılar arxasında davam edir.
İkitərəfli müzakirələr yekunlaşandan sonra danışıqların Əfqanıstan üzrə Moskva formatı (regionun on ölkəsi) çərçivəsində davam etdiriləcəyi gözlənilir.