Serenay niyə özündən böyüklərlə sevgili olur? – SƏBƏB BU İMİŞ
14:34 / 07.07.2021
1455
Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya sevgi münasibətləri ilə bağlı səmimi açıqlamalar verib.
Sfera.az bildirir ki, aktrisa niyə adətən özündən yaşca böyük adamlarla sevgili olma səbəbindən danışıb. O, hər zaman öyrənməyə meylli olduğunu vurğulayıb. "Deyəsən, təcrübəsi olan, xarakterləri oturuşmuş, enerjili insanlara marağım var”, - deyə Sarıkaya əlavə edib.
Serenay həmçinin hazırda eşq yaşamadığını da deyib.
Xatırladaq ki, Serenay Sarıkaya sonuncu dəfə şoumen Cem Yılmazla sevgili olub. O, bu yaxınlarda özündən yaşca böyük iş adamı Haldun Demirhisarla eşq iddialarını təkzib edib.
Türkan
Sfera.az