Sərdar Ortaç boşanır - VİDEO
16:56 / 07.08.2019
3675
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnandan boşanır.
Oxu.Az xəbər verir ki, cütlüyün boşanması haqda "Kanal D”də yayımlanan "İkinci sayfa” maqazin proqramında məlumat verilib.
İddiaya görə, rəsmi boşanma prosesi sabah baş tutacaq. Məlumatda bildirilir ki, Sərdar ilə Xloenin boşanması ikilinin razılığı əsasında qəbul edilib.
Qeyd edək ki, S.Ortaç əslən irlandiyalı modellə 2014-cü ildə evlənib. Cütlüyün övladı yoxdur.