Sərdar Cəlaloğlu PKK liderləri ilə görüşündən danışdı: “Onlar istəyirdi ki...”

Sərdar Cəlaloğlu PKK liderləri ilə görüşündən danışdı: “Onlar istəyirdi ki...”
 

"Fazil Mustafa özündən arxayındırsa, sübut istəyirsə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət eləsin”. 

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Xatırladaq ki, ADP sədri millət vəkili Fazil Mustafanı FETO ilə əlaqədə ittiham edib. Fazil Mustafa isə "Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur” deyə ona sərt cavab verib.

Sərdar Cəlaloğlu bildirib ki, bu məsələni mediada müzakirə etmək niyyəti yoxdur: "Dövlət var, dövlətin müəyyən qurumları var. Buyursun DTX-ya müraciət etsin, məni də çağırsınlar, bildiklərimi deyim. Fazil Mustafa bunu eləmək əvəzinə millət vəkilinə yaraşmayan tərzdə danışır, namus söhbəti edir. İndi mən də durum deyim ki, mənim PKK ilə əlaqələrimi sübut etməyən namussuzdur? Axı belə olmaz. Bu bizə yaraşmaz”.

ADP sədri əlavə edib ki, o özü Fazil Mustafa ilə bağlı DTX-ya müraciət emək istəyib. Lakin müavinləri onu fikrindən daşındırıb: "Bu adam Azərbaycanın tarixi şəxsiyyətlərini, xüsusilə Şah İsmayıl Xətaini aşağılamaqla məşğuldur. Mən də DTX-ya müraciət etmək istəyirdim ki, onun FETO ilə əlaqələrinin olub-olmadığı araşdırılsın. Amma müavinlərim bildirdi ki, Fazil Mustafa yanlışlığa yol verdiyini etiraf edib, deyib ki, gərək Şah İsmayılla bağlı müzakirələri akademik səviyyədə aparaydım. Bir növ geri çəkilib. 

Ona görə mən də DTX-ya müraciət etməkdən vaz keçdim. Amma indi görürəm ki, məni təhqir edir”. 

Sərdar Cəlaloğlu PKK ilə əlaqələri barədə iddialara da aydınlıq gətirib. ADP sədri bildirib ki, PKK təmsilçiləri ilə görüşü 1992-ci ildə olub: "Onlar mənimlə görüşməzdən əvvəl Azərbaycanın bir çox siyasətçiləri ilə görüşmüşdülər. Özü də mən görüş zamanı bilmişəm ki, onlar PKK-nın nümayəndələridir. Azərbaycanda yaşayan kürdləri ermənilərlə vuruşmaqdan çəkindirməyə gəlmişdilər. 

Mən də onlara dedim ki, erməni türkə, kürdə, talışa, ləzgiyə fərq qoymur. Kim müsəlmandırsa onu özünə düşmən sayır. Təsadüfi deyil ki, 20-ci əsrin əvvəllərində baş verənlər də erməni-müsəlman davası kimi tarixə düşüb. Bundan sonra onlar dediklərinə təəssüf etdilər və geri qayıtdılar. Bu məsələ gündəmə gələndə mən DTX-ya müraciət etdim, PKK ilə əlaqələrim varsa, çıxarıb qoysunlar ortaya”.

Yenisabah.az 


OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...