Maskadan istifadə xərçəng yaradır?

Maskadan istifadə xərçəng yaradır?
Yuhan Hidrobiologiya institutunun alimləri virusdan qorunmaq məqsədilə insanların taxdığı müxtəlif maskaların xərçəngin inkişafına təkan verəcəyini açıqlayıblar. Alimlər aparılan tədqiqatlardan sonra bəzi maskalardan istifadənin xərçəng riskini artırdığı qənaətinə gəliblər.

Sfera.az xəbər verir ki, həkim Ramin Nəriman mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. Həkim bildirib ki, maska adi bir geyim vasitəsi kimidir:
 
"İllərdir insanların dərisinə paltar toxunur, sürtünür. Maska niyə problem yaratsın ki?. Mən özüm 20 ildir maskadan istifadə edirəm və onun xərçəng yaratmaq riski sıfıra bərabərdir. Digər bir tərəfdən də, sözügedən tədqiqatda göstərilir ki, pambıq və cərrahi maskalarda elə bir problem yoxdur. Təbabət də, cərrahi maskalardan istifadə edir. Bu, uzun müddətdir ki tibbdə istifadə edilir. Onun xərçəng yaratmaq riski olsa idi, bu günə qədər aşkarlayardılar. Başqa materiallardan istifadə olunması əlbəttə ki, problem yarada bilir”.

Həkim əlavə edib ki, hər bir tibbi materialın hazırlanmasına qoyulan tələblər mövcuddur:
 
"Cərrahi maskalar da, bu standartlar əsasında hazırlanır. Yəni onların keçiricilik qabiliyyəti, xeyir və zərəri hesablanır və sonra istehsala buraxılır. Ona görə də təbabətdə istifadə olunan cərrahi maskalardan hər hansı bir problem yaranacağını düşünmürəm. Məqalədə həmçinin göstərilir ki, maskalarda olan hissəciklər tənəffüs yollarına düşərək problemlər yaradır. Amma bunun əksini də fikirləşmək lazımdır. Yəni maskalar xeyli sayda toz hissəciklərinin tənəffüs yollarına düşməsinin qarşısını alır. İnsan ömür boyu nəfəs alıb-verir. Bu müddət ərzində də, tənəffüs yollarına müxtəlif maddələr düşür. Maskanı taxanda isə həmin toz hissəcikləri tutulduğundan, artıq tənəffüs yoluna düşə bilmir. Əgər maskadan qopan materiallar tənəffüs yollarına düşürsə, ondan dəfələrlə artıq hissəciklərin tənəffüs yoluna düşməsinin qarşısını maska alır. Buna görə də deyilənlərin ağılabatan olacağını düşünmürəm. Özüm uzun illərdir ki, maskadan istifadə edirəm. Bu günə qədər hər hansısa bir problemin yarandığını hiss etməmişəm”. (Konkret.az)

OXŞAR XƏBƏRLƏR

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...