Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi

Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Ermənistan mətbuatı bir neçə gündür ki, Qarabağın döyünən ürəyi olan Şuşa şəhəri uğrunda gərgin döyüşlərin getdiyini yazır.

Sfera.az xəbər verir ki, hətta məşhur erməni jurnalistlərdən birinin sosial şəbəkələrdə öz rəhbərlərinə ünvanladığı "Azərbaycan Ordusu Şuşa qalasına nə vaxt yaxınlaşdı ki, bizim xəbərimiz olmadı?” kimi acıqlı sualı ciddi etirazla qarşılanmışdı. Ermənilər qısa zamanda ordumuzun Qarabağda bu qədər dərinliyə girməsindən heyrətlərini gizlətmirlər.

Dünən isə Azərbacan ərazilərinə qanunsuz gedərək, dezinformasiyalar yayan "WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi "jurnalist” Semyon Peqov Şuşa ətrafında gedən döyüşlərlə bağlı videoreportaj yayıb. Videoda cəfəng dolu fikirlər səsləndirən Peqov ordumuzun gücünü həzm edə bilmədiyini göstərib.

Əvvəllər guya ermənilərin Hadrutu geri qaytarması barədə "fake” videolar paylaşan Peqov indi acizanə şəkildə deyir:

"Azərbaycan ordusu hazırda intensiv şəkildə Şuşadakı səngərləri atəşə tutur. İndi döyüşlərin getdiyi bu istiqamət Şuşanın açarı sayılır”.

O, daha sonra "Şuşa Administrasiyasının aparat rəhbəri” Qrişa Ohanesyandan açıqlama alıb.

Maraqlıdır ki, Ohanesyan daha çox qəmli görünüşlə ordumuzun peşəkarlığından söz açıb:

"Azərbacanlılar bu istiqamətdə xeyli canlı qüvvə toplayıblar. Xüsusilə də buraya cəmləşdirilən ordu bölmələri digərlərindən fərqlənir. Görünən odur ki, onlar döyüşlərə çox yaxşı hazırlıqlı gəliblər. Hazırda azərbaycanlılar elə-belə irəliləmirlər”.

Bu faktın özü bir daha onu göstərir ki, artıq ordumuzun qısa zamanda Qarabağda uğurla irəliləməsindən təşviş keçirən ermənilər Azərbaycanın gücünü aşkar şəkildə etiraf etməyə başlayırlar.

Qrişa Ohanesyan kimilər həm də bu həqiqəti indidən boşuna kamera önündə acizanə şəkildə etiraf etmirlər. Sabah erməni cəmiyyəti soruşanda ki, "Şuşa niyə itirildi?”, bu qınağın qarşısında desinlər ki, Azərbaycan ordusu güclü idi…
(ordu.az)

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...