Şentop Bakının azad edilməsi münasibətilə paylaşım etdi
20:25 / 15.09.2021
1371
"Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib”.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun "Twitter” hesabındakı paylaşımda deyilir.
"Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru Paşa olmaqla, bütün əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla anıram", - Şentop bildirib.