No Image
No Image
No Image

Sənin Sağlığın Hamı Üçündür!

Sənin Sağlığın Hamı Üçündür!
Dahi filosof Sokrat deyib ki: "Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmayan yerdə hər şey heç nədir”.


Demək ki, sağlamlığımız hər şeydən öncədir. Biz öz millətimizin sağlamlığına biganə yanaşa bilmərik və bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Atmosferin şiddətli çirkləndiyi və biloji müharibələrin (xəstəliktörədici mikroblar, bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər) üstünlük təşkil etdiyi bir ərəfələrdə biz nələrə riayət etməliyik? Hazırda dünya üzrə ən geniş yayılmış epidemiya qrip viruslarıdır ki, əksər hallarda ölümlə nəticələnir. Bunlardan ən təhlükəlisi də Coronavirusdur. Artıq ölkəmizdə də bu virusa yoluxanlar var, lakin buna görə təşvişə düşmək deyil, əksinə ciddi tədbirlər görmək lazımdır.


Xəstəliyin ilk dövrlərində öskürək, temperatur, baş ağrı, ürəkbulanma, döş qəfəsində sıxıntı və s. əlamətlər olur. Bir neçə gündən sonra tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı ilə ağırlaşa bilir. Bu əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır!
Viruslardan necə qorunmaq olar?

İnfeksiyadan qorunmaq üçün əlləri tez-tez yumaq (spirtləmək həmçinin);
Meyvə-tərəvəzi yaxşı yumaq;
Qapalı məkanlardan mümkün qədər uzaq olmaq;
İctimai nəqliyyatda və yerlərdə maska taxmaq;
Öskürən və asqıran insanlardan uzaq durmaq;
Xüsusi ilə xəstəliyin yayıldığı bölgələrdə heyvanlarla təmasda olmamaq;
Gigiyenik və sanitariya-epidemoloji qaydalara diqqət etmək;
Ev, dükan, ofis və avtomobilləri hər 3-5 gündən bir xlorlu su ilə yumaq, spirtlə dezinfeksiya etmək;
Düzgün qidalanmaya, yuxu rejiminə riayət etmək və s.vacibdir.
Lakin bəzən bunlar da fayda vermir. Necə deyərlər "Əsas olan mikrob deyil, mühitdir”. Orqanizmdə immun sisteminin normallığı xəstəliklərdən qorunmağın ən doğru yoludur. Fikir versək, epidemiya zamanı heç də hamı xəstəliyə yoluxmur. Odur ki, vitaminlərlə zəngin qidaların (xüsusən sarimsaq, limon, doşab və soğan) sayını artırmaq lazmdır ki, bədən müqaviməti artsın, immunitet güclənsin. 
Qeyd: Xəstəliyin profilaktikası müalicəsindən daha üstündür.
Bəs biz yalnız özümüzü deyil, eləcə də ətrafımızı necə qoruyaq? Bunun üçün kütləvi profilaktik tədbirlər gərəkdir (qorunmaya dair ictimai maarifləndirmə, məktəb və iş yerlərində yazılı və şifahi müraciətlər, media paylaşımlar) ki, bu da yalnız Səhiyyə Nazirliyinin deyil, həm də KİV-lər, vətəndaş cəmiyyətinin təşəbbüs fəaliyyətinə bağlıdır. Təşəbbüs göstərək ki, yalnız özümüzü deyil, cəmiyyətimizi, gələcəyimizi qoruya bilək, sağlam olaq.
Unutmayın: Sağlığınız Sizin Öz Əlinizdədir və Sənin Sağlığın Hamı Üçündür!

Nərmin Şamilova Todays.az

OXŞAR XƏBƏRLƏR

Qrip əleyhinə peyvəndlərin pulsuz vurulacağı qruplar - SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq.   Sfera.az bildirir ki...

Gələn ildən Azərbaycanda tikinti bumu yaşanacaq - Böyük qayıdış

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra böyük qayıdış proqramının icrası həyata keçiriləcək. Bu proqrama uyğun olaraq işğaldan azad edilən ərazilərdə...

Ermənilərin Kürdəmirə atdığı raketin qalıqları - FOTOLAR

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Müda...

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvə...

Bir ailənin 9 üzvü əriştədən zəhərlənib öldü

Dondurucuda saxlanılan yemək 9 nəfərin ölümünə səbəb olub.  Sfera.az xəbər verir ki, hadisə Çinin Cixi Şi şəhərində baş verib.  Bir ildir ...

Yuriy Podolyaka: Azərbaycan Ordusu Qubadlını nəzarətə götürüb, Laçın və Xocəvəndə yaxınlaşıb

Ukraynalı ekspert Yuri Podolyaka "YouTube" kanalında Azərbaycan Ordusunun artıq Qubadlı rayonunu götürdüyünü, Laçın və Xocavəndə yaxınlaşdığını iddia edib. ...