“Səndən kişi olanda, məndən də...” – Elçin Əlibəylini yıxıb-sürüdü

“Səndən kişi olanda, məndən də...” – Elçin Əlibəylini yıxıb-sürüdü

Müğənni Kərim Abbasov aparıcı  Elçin Əlibəylinin "Müğənnillər sırtılıb”  sözləri ilə bağlı sərt fikirlər səsləndirib. 

Sfera.az xəbər verir ki, ifaçı sosial şəbəkədə aparıcını ağ yuyub, qara sərib:

"Sırtıq sənsən ki, buradan səni döyürlər, oradan da gedib barışırsan. Səndən kişi olanda, məndən də kosmonavt olacaq. Ömür boyu müğənnilərin sayəsində qazandınız, amma indi müğənnilər səni vecinə almır deyə ağzına gələni yazırsan. Başın qaçıb sənin. Qınamıram, ermənipərəstsən. Çox dərinə getsək, qanında da var, özün məndən yaxşı bilirsən”. 

Qeyd edək ki, ötən il Elçin Əlibəylinin sözügedən səsi sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu: "Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük".

Maraq üçün bildirək ki, dünən teleaparıcı Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi ilə bağlı məlumat yayıb. Daha sonra isə E. Əlibəyli bu məsələ ilə bağlı barışıq əldə olunduğunu bildirib. Görünür, bu, E. Əlibəyli ilə bir neçə dəfə qalmaqal yaşayan müğənni Kərim Abbasovun ötənilki açıqlamanı xatırlamasına səbəb olub.(yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...