“Sən əsl dost, heyrətamiz anasan” – Emin Leyla Əliyevanı təbrik etdi
11:20 / 03.07.2020
4452
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edərək, L.Əliyevanın ad gününü təbrik edib: "Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Həmişə xoşbəxt ol, heç nə səni dayandıra bilməz”.
Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Cütlük 2015-ci ildə boşanıb.