Səmra Bakıya qayıtdı: Ora Avropadır, geyimimdə qüsur görmürəm – VİDEO

Səmra Bakıya qayıtdı: Ora Avropadır, geyimimdə qüsur görmürəm – VİDEO

 

"Eurovision-2016” musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli Vətənə qayıdıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, onu Heydər Əliyev adına Hava Limanında pərəstişkarları, yaxınları və media nümayəndələri böyük coşqu ilə qarşılayıblar.

Təyyarədən düşən kimi jurnalistlərin suallarını cavablandıran Səmra Rəhimli çıxışını belə qiymətləndirib:

"Azərbaycanımızı layiqincə təmsil etmək üçün əlimdən gələni etdim. Məncə də alındı. Nəticədən asılı olmayaraq hər şey çox əla oldu. Bu, musiqili yarışmadır, pozitiv yanaşmaq lazımdır. Orda olub, iştirak etməkdən zövq almaq lazımdır”.

Səhnə geyimi ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirən Səmra qeyd edib ki,  geyimində heç bir qüsur olmayıb:

"Bildiyiniz kimi ora Avropadır. Geyimimdə heç bir qüsur görmürəm. Əsas odur ki, yaraşır. Yaraşmasaydı, geyinməzdim".

Sonda yarışmada ermənilərin təxribatlarına münasibət bildirən təmsilçimiz musiqi yarışmasına siyasətin qarışmasının qəbuledilməz olduğunu vurğulayıb:

"İstəməzdim ki, musiqi yarışmasına siyasət qarışsın. İnsanlar ordan pozitiv enerji almaq istəyir. İstəmirlər ki, stress alsınlar. Stress onsuz da həyatımızda var. Ümid edirəm ki, erməni təmsilçisinin həmin hərəkətlərinə qarşı tədbir görüləcək və onlar cəzalandırılacaqlar”.

Məlumat üçün qeyd edək ki, İsveçin Stokholm şəhərində keçirilən "Eurovision-2016” mahnı müsabiqəsinin birincisi Ukrayna təmsilçisi, Krım tatarı Camala olub.

"Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.



OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...