No Image

Şəmkirdə top mərmisi tapılıb - FOTO

Şəmkirdə top mərmisi tapılıb - FOTO
 Avqustun 3-ü saat 11:10-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Şəmkir Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - FOTO

 Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb. ...

Azərbaycanlı reper Moskvanın mərkəzində “İnfiniti” ilə ağır qəza törətdi – FOTOLAR

Moskvada azərbaycanlı reper Elmin Quliyev idarə etdiyi "İnfiniti” markalı avtomobillə ağır qəza törədib. Sfera.az" xəbər verir ki, hadisə bu gün sentyabrın 21-...

Azərbaycanın bu kəndində yenidən yanğın başladı - FOTOLAR

 Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib. Sfera.az xəbər verir ki, Dəlləkli kəndində yerli sakin Naz...

Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxs saxlanıldı - FOTO

 Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi "Toyota Prado” markalı avtomobilin dəyəri 2000 manat olan səsboğucu sis...

Azərbaycanlı müğənni və dostuna cinayət işi açıldı - FOTO

 "Müğənni Elnar Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib. Həmin ve...

Azərbaycanda dəhşətli hadisə — Yaralılar var — FOTO

 Abşeronda yol qəzası olub. Sfera.az apa-ya istinadən xəbər verir ki, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hər...