Şəmkirdə narkotik yetişdirən qadın saxlanıldı - FOTO

Şəmkirdə narkotik yetişdirən qadın saxlanıldı - FOTO
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramlı kənd sakini Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən oğurluq edildi

Bakıda avtomobildə oğurluq olub. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı R...

MTN generalına qarşı 800 minlik iddia qaldırıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinov, nazirlikdə idarə rəisləri işləm...

Dörd oğlan qadını döyüb, sonra... - FOTO

Kürdəmirdə qadına qarşı soyğunçuluq edən dörd gənc saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən...

“Bandotdel” əməliyyat keçirdi - 13 nəfər saxlanılıdı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasi...

Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı

Kürdəmir rayon sakinindən "patı" və heroin aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Kürdəmir Rayon Pol...

Sabiq komissiya sədrinə 10 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan və vəzifə saxtakarlığında ittiham edilən Katib Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sfera....