Şəmkirdə bibisi oğlunu öldürmək istəyən şəxs həbs edildi
Mayın 9-u saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sfera.az xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.