No Image
No Image

Səmədov və Mahmudov nöqsanlara görə İŞDƏN ÇIXARILDI

Səmədov və Mahmudov nöqsanlara görə İŞDƏN ÇIXARILDI
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Akademiyadan verilən məlumata görə, Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb.

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah rayonlara qar yağacaq

Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarıma...

Dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyin açılışı oldu - FOTOLAR

Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan "Suraxanı” gəmi-muzeyinin açılışı olub. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham...

Tanınmış jurnalist mətbuat katibi təyin edildi

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də növbəti kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, tanınmış jurnalist Elmar Həbibli adıçəkilən quruma m...

Qarlı günlərdən sonra Nərimanov rayonunda da təmizlik işləri davam etdirilir - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin "Payız-qış mövsümünə hazırlıq tədbirləri planı”na əsasən bir müddət əvvəl keçən şaxtalı və qarlı günlərdə yaranacaq problemləri...

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib. S...

Vilayət Eyvazov keçmiş polis rəisinə yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Sfera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq ə...