Səməd Seyidov Paşinyanı yıxdı-sürüdü: “Kişisənsə...”

Səməd Seyidov Paşinyanı yıxdı-sürüdü: “Kişisənsə...”
 

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Səməd Seyidov Nikol Paşinyanın  Xankəndindəki çıxışına cavab verib.

Sfera.az xəbər verir ki, o, "Yeni Müsavat”a açıqlamasında Paşinyanı "yaş yuyub, quru sərib”. Erməni baş nazirin "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” fikrinə reaksiya verən S. Seyidov qeyd edib ki, Paşinyan belə deyir, amma bir gün sonra Ermənistanın Prezident Aparatının əməkdaşı bildirir ki, belə söz deyilməyib: 

"Yəni deyib, ancaq siz bunu düz başa düşməmisiniz. Bəs biz bunu necə, hansı formada başa düşək? 

Yəni dünyada eyni sözün ikinci mənası varmı? Heç olmasa bəyanat verirsənsə, de ki, mən dəyərləri, "miatsum”u, daha nəyi nəzərdə tuturam. Amma sən konkret olaraq hətta nöqtəni də qoydun, dedin ki, "və nöqtə”. 

Nöqtəni qoyursansa və bunu bəyan edirsənsə, ifadəyə görə üzr istəyirəm, kişisənsə, bunun arxasında dayan! Ancaq sabahkı gün özün- özünü, öz katibin, öz işçin vasitəsilə təkzib etmək o deməkdir ki, sən hamını aldatmaq niyyətindəsən. 

Bu, bir. İkincisi, biləsiniz ki, Paşinyan populist siyasətçi olduğuna görə real məsuliyyəti heç vaxt boynuna götürmək niyyətində olmayacaq. Dağlıq Qarabağ məsələsi isə məsuliyyəti boynuna götürməyi tələb edir, bu məsuliyyəti boynuna götürməyə məhkumdur. Ancaq bundan qaçmaq üçün var gücü ilə Azərbaycanı provokasiyaya çəkir”.


OXŞAR XƏBƏRLƏR