\"Semaşko\"da xəstələr oksigensiz qaldı - Oksigen balonları oğurlandı - VİDEO

\
Düşünün, bir yaxınınız xəstəxanada ağır vəziyyətdə oksigen balonuna bağlı halda yatır. Və gecənin bir aləmində xəstəxanadan zəng gəlir ki, xəstəxananın oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub və dərhal gəlin! Keçirdiyiniz hiss-həyəcanı, stresi bir anlıq təsəvvürünüzə gətirin. İlk ağlınızdan keçən yəqin ki, xəstənizin ölüm xəbərini almağınız olacaq. Dünən Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə bu hadisə baş verib.

Xəstələrə qoşulan oksigen balonlarının dəmir boruları oğurlanıb, xəstələr oksigen çatışmazlığı riski, yəni ölümlə üz-üzə qalıblar.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə dünən gecə paytaxt Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub, nəticədə xəstəxanada həyəcanlı anlar yaşanıb.

Xəstə yaxınlarının sözlərinə görə, hadisə zamanı ölüm hadisəsi qeydə alınmasa da, balonların işləməyəcəyini düşünən hər kəs stresə girib.

Xəstə yaxınları bildirirlər ki, gecə baş vermiş hadisə ilə bağlı onlara məlumat verilən kimi dərhal xəstəxanaya gəliblər.

"Xəzər Xəbər" məsələnin təfərrüatlarını öyrənmək üçün hadisə yerində olub. 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirildi ki, xəstəxana daxilində 2 oksigen stansiyası fəaliyyət göstərir. Əsas oksigen stansiyasında heç bir problem yaşanmayıb. Problem ehtiyat yarımstansiyada baş verib. Stansiyada olan azot balonlarının mis ştativləri oğurlanıb.

Hadisənin ərazinin yaxınlığında yerləşən narkoloji dispanserdə yatan xəstələr tərəfindən törədildiyindən şübhələnilir. Güman olunur ki, gecə narkotik istifadəçiləri 1 saylı Kliniki Tibbi Mərkəzin zirzəmisinə girərək üçüncü korpusa gələn oksigen borularının xəttini kəsib götürüblər. Həmin korpusda oksigenə ehtiyacı olan xəstə olmadığından heç kim zərər çəkməyib. Problem qısa müddətdə aradan qaldırılıb.

Artıq fakt ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, məsələ Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsində araşdırılır. O da qeyd olunub ki, bu, artıq xəstəxana daxilində baş vermiş ikinci belə hadisədir.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...