Səlim Müslümovun yaratdığı qaranlıq – Sistemin sağlamlaşdırılması nə qədər vaxt alacaq?

Səlim Müslümovun yaratdığı qaranlıq – Sistemin sağlamlaşdırılması nə qədər vaxt alacaq?
2013-cü ildə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin ediən və bu vəzifədə 2018-ci ilin aprelinə qədər çalışan Səlim Müslümovdan böyük gözləntilər var idi. O əmək bazarında vəziyyətin sağlamlaşdırmalı, bu sahədə münasibətləri qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıydı. Lakin gözləntilər nəinki özünü doğrultmadı, əksinə vəziyyət  bir qədər də acınacaqlı oldu.

Bu sahədə gizli iqtisadiyyatın miqyasının böyük olması, əmək şəraitinin tələblərə uyğun olmaması, rəsmi qeydiyyata alınana əmək haqqı səviyyəsinin aşağı olması uzun müddət hökuməti, ictimaiyyəti narahat edən əsas problemlərdən olub. Səlim Müslümov nazir təyin ediləndən və 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə veriləndən sonra bu sahədə vəziyyətin düzələcəyi, əmək bazarında şəffaflaşmanın baş verəcəyi güman edilirdi. Bunların heç biri baş vermədi, əksinə mövcud olan vəziyyətdən sui-istifadə edilərək korrupsiya, rüşvətxorluq üçün əlverişli imkanlar yaradıldı.
 
Sfera.az xatırladır ki, Səlim Müslümov nazir işlədiyi müddətdə əmək şəraitinin və əmək münasibətlərinin sağlamlaşdırılması ilə bağlı işverənlərə, sahibkarlara qarşı tələblər sərtləşdirildi. Çətin vəziyyətə salınan iş yeri sahiblərinə çıxış yolu kimi münasibətlərin leqallaşdırılması və əmək şəraitinin standartlara uyğunlaşdırılması göstərilmək əvəzinə, onlardan əvvəlki qaydada fəaliyyəti davam etdirmək üçün daha böyük rüşvətlər, "haqlar” alınmağa başlandı. Bu cür davranış onunla nəticələndi ki, işverənlər artan qeyri-rəsmi xərclərini ödəmək üçün əmək şəraitini və əmək münasibətlərini daha dözülməz etdilər, dövlət büdcəsinə ödənilən vergilərdə və DSMF-nin məcburi sosial sığorta ödənişləri sahəsində gəlirlərində ciddi dəyişiklik baş vermədi.

Səlimovun ən böyük "xidmət”lərindən biri əmək münasibətlərinin qeyri-leqal formada mövcudluğuna göz yumması idi. 2013-2018-ci illərdə ölkəmizdə muzdla çalışan işçilərin sayındakı artım sürəti məşğul əhalinin sayındakı artım sürətindən xeyli geridə qalırdı. Bu dövrdə məşğul əhalinin sayı 8 faiz artdığı halda muzda çalışanların sayı 3 faiz artmışdı. 2013-cü ildə 4,5 milyon məşğul əhalinin 1,51 milyonu muzdlu işçi olduğu halda 2018-ci ildə 4,88 milyon muzdlu işçinin 1,55 milyonu muzdlu işçi idi. Fakt göstərir ki, əslində ölkəmizdə işləyənlərin sayı daha çox artsa da rəsmi qeydiyyata alınanların sayı həmin dinamika ilə artmadı.
 
Əmək münasibətlərinin rəsmiləşdirilməsi vəziyyətinin pisləşməsi dövləti və əhalinin mənafeyinə zərər vururdu. Bu hal ilk növbədə dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisi üzrə mədaxilinin daha çox artımını çətinləşdirirdi. Digər tərəfdən isə formalaşmış vəziyyət DSMF-nin gəlirlərinin artım imkanlarını zəiflətdirdi.
 
DSMF-nin gəlirlərində əsas paya dövlət məcburi sosial sığorta haqları sahibdir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi bu mənbə üzrə gəlirlərin sürətlə artımına kömək edə bilərdi. Amma bu, baş vermədi və əvəzində rüşvət almaq üçün daha çox imkanlar yarandı. Lakin 2018-ci ildən vəziyyət köklü dəyişdi. Məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti xeyli yaxşılaşdı. Çünki əmək bazarında, iqtisadiyyatda şəffaflaşma vəziyyəti yaxşılaşdı. 2018-ci ildə 1,55 milyon olan muzdlu işçi sayı 2021-ci ilin əvvəlində 1,7 milyona yüksəldi.
 
Bu müsbət dinamika məcburi dövlət sosial sığorta haqlarının həcmində də qeydə alındı. Dövlət sosial sığorta haqlarında 2012-ci ildə 1,395 milyard manat, 2013-cü ildə 1,55 milyard manat, 2014-cü ildə 1,781 milyard manat, 2015-ci ildə 1,85 milyard manat, 2016-cı ildən 2,05 milyard manat, 2017-ci ildə 2,08 milyard manat, 2018-ci ildə 2,27 milyard manat toplandığı halıda 2019-cu ildə 2,921 milyard manat, 2020-ci ildə 3,39 milyard manat toplanıb. 2021-ci ilin proqnozuna əsasən 3,5 milyard toplanması gözlənilir.
 
Cəmi 3 ildə qanunçuluğun artıırlması məcburi dövlət sosial sığorta haqlarının həcminin 1,23 milyard manat artırılmasına şərait yaradıb və DSMF-nin gəlirlərində bu mənbə üzrə gəlirlərin payı 61 faizdən 72 faizə qədər artıb.
 
Məcburi dövlət sosial sığorta haqlarının və DSMF-nin gəlirlərinin artması pensiyaların da daha çox artımına şərait yaradıb. Şəffaflaşma hesabına orta əmək haqqının 2019-cu ildə 16,6 faiz, 2020-ci ildə 11,4 faiz artması pensiyaların da eyni dinamika ilə artırılmasına imkan verdi. Hazırda pensiyaların orta məbləği 2018-ci ildəki 208 manatdan 2020-ci ilin sonundakı 330 manata qədər artıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki yeni rəhbərliyin 3 il ərzində əldə etdiyi nəticələr bunu deməyə əsas verir ki, S.Müslümov dövrünün naqislikləri hələ çoxdur və sistemin sağlamlaşdırılması üçün daha bir neçə il lazım gələcək.
 
Vasif
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR