Səlim Müslümov: "Heç kəs razı olmaz ki, oğlu evlənməyə qız tapmasın"

Səlim Müslümov: "Heç kəs razı olmaz ki, oğlu evlənməyə qız tapmasın"

Azərbaycanda cins bərabərliyinin pozulması prosesi müşahidə olunur. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

Ağdaşda vətəndaşları qəbul edən S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, dünyada qəbul olunmuş tibbi normalara görə, hər yüz doğulan qız uşağına görə 105-106 oğlan uşağı normal hal sayılır: "Bu da onunla bağlıdır ki, oğlanlar daha az dözümlü olduğuna görə 5-6 və sair yaşa qədər, ondan sonrakı yaşların özündə də oğlanların həm müxtəlif hadisələrlə bağlı - hansısa savaş, müharibə oldu əlbəttə ki, oğlanlar gedir, onlara bir şey olur. Ehtimal daha çox olduğuna görə 105-in həmin o 100-lə tarazlaşması baş verir. Ona görə də bu mövcud normativdir. Təəssüflər olsun ki, son zamanlar Azərbaycanda 1990-cı ildən sonra bu proses başladı, hazırda da davam edir və mən deyərdim ki, pik nöqtəsinə çatıb. Hər 100 doğulan qız uşağına 117 oğlan uşağı düşür. Bu, dünyada Çin Xalq Respublikasından sonra ikinci göstəricidir. Orda 100 qız uşağına 120 oğlan uşağı düşür".

 

Nazir qeyd edib ki, doğulmamış qız uşaqlarını abort yolu ilə tələf etmək həm mənəviyyata, həm milli mentalitetə ziddir: "Ona görə də düşünürəm ki, hər kəs, Azərbaycan Respublikasının vətəndaşları bilməlidirlər ki, gələcəkdə millətin genefondunun pozulmaması üçün cins nisbətinin pozulması məsələləri təcili şəkildə ortadan qaldırılmalıdır. Bu, təkcə dövlətə aid olan məsələ deyil, eləcə də millətə aid olan məsələdir. Heç kəs razı olmaz ki, iyirmi ildən sonra onun oğlu evlənməyə qız tapmasın, gedib kənar ölkələrdən, başqa millətlərdən qız axtarmalı olsun? Ona görə də hər kəs bunu dəqiq şəkildə anlamalıdır".

 


OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...