Selçuk Bayraktardan MIT professorunun Qarabağla bağlı açıqlamasına CAVAB: \"Utanmalısınız!\"
11:46 / 18.01.2022
763
Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ABŞ-da təhsil aldığı universitetin professorunun qalmaqallı sözlərinə reaksiya verib.
Sfera.az bildirir ki, Bayraktar "Ona təhsil verdiyim üçün utanıram”, deyən Massaçusets Texnologiya İnstitutunun (MIT) isveç əsilli fiziki Maks Teqmarka sosial media hesabından səslənib.
"Universitetdə adını ilk dəfə eşitdiyim, sözdə akademik Qarabağ müharibəsi dövründə verdiyi müsahibədə "Səlçuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq" demişdi. Siz törətdiyiniz soyqırım və qətliamlardan utanmalısınız. Biz torpaqlarımızı geri aldıq. Bununla ancaq fəxr edirik”, - deyə Bayraktar qeyd edib.
Xatırladaq ki, Selçuk Bayraktar magistr təhsilini başa vurduqdan sonra təhsil müddətində əldə etdiyi yüksək nailiyyətlərə görə MIT-dən təqaüdlə magistr-doktorluq təklifi alıb.
Günay Rəsulqızı
Sfera.az