Şəkidə iki maşın toqquşdu, yaralılar var
19:50 / 19.07.2021
1122
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "İnkassator" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.