Şəkidə 500 abonent qazsız qalıb

Şəkidə 500 abonent qazsız qalıb
 

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

"Azəriqaz” İB-dan Sfera.az-a  verilən məlumata görə, bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb.

Məlumata əsasən, nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda "Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.


OXŞAR XƏBƏRLƏR