Səidə: İlk dəfədir ki, bu cür insan ürəyimə yatır - VİDEO

Səidə: İlk dəfədir ki, bu cür insan ürəyimə yatır - VİDEO
Tanınmış müğənni Səidə Sultan şəxsi həyatından danışıb.

Sfera.az  xəbər verir ki, ATV televiziyasında yayımlanan "Günün sədası” verlişinin qonağı olan Səidə Sultan şəxsi həyatından danışıb.

Müğənni Səidə Sultan bildirib ki, həyatında olan yeni sevgilisi onun üçün pik səviyyədədir. Onu çox bəyəndiyini və ona hörmət etdiyini söyləyib.
Aparıcının "Sevdiyin insan var?” sualına Səidə belə cavab verib:

"Çox istədiyim insan var. Məncə, hər kəs mənimlə razılaşar ki, dostluqda da, ailədə də, sevgidə də ən əsası hörmətdir. Münasibətdə hörmət varsa, ailə də gözəl olacaq. Mənim də hörmət etdiyim insan var, sevgi sözünü işlətməyə qorxuram. Sevgi insan həyatında cəmi bir dəfə yaşanır. Həyatımda olan insana hörməti ona görə edirəm ki, o, çox qabiliyyətlidir. Kişiyə yaraşan mərdlikdir, özünü meydana atmaqdır. Öz yerini bilən, hərəkətlərinə fikir verən, qabiliyyətli insana can da qurbandır. İlk dəfədir ki, bu cür insan ürəyimə yatır, həyatımda hal-hazırda o, pik səviyyədədir.”
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR