No Image
No Image

"Səhvlər bizə baha başa gəlir" - De Byazi

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Yığmamız A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sfera.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb:
"Daha fərqli nəticə gözləyirdik. Rəqib əlinə düşən fürsətlərdən yararlandı, biz isə yox. Heyət seçimində fiziki baxımdan daha güclü olanlara üstünlük vermişdik. Oyundan sonra futbolçulara təşəkkür etdim. Rəqib güclü idi, oyunçularım layiqli mübarizə aparmağa çalışdılar. Komanda gəncdir, oyunçular çox istəklidir. Səhvlər bizə baha başa gəlir. Zəif tərəflərimiz üzərində işləməliyik. Gələcəkdə daha yaxşı nəticələr qazana bilərik".

De Byazi "hansı müddətə milli komandanı qrupdan çıxara bilərsiniz?" sualına "Albaniya ilə Avropa Çempionatına çıxmaq üçün bizə 4 il lazım olmuşdu. 2 il komandanı formalaşdırmağa sərf etmişdik. Yaxşı nəticə üçün uzun müddət tələb olunur" deyərək cavab verib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR