Şəhriyar Məmmədyarov qurumlardan şikayətləndi – \"Ümid edirəm...\"
12:45 / 17.06.2021
1597
Azərbaycan
şahmatçısı Şəhriyar Məmmədyarov sosial
şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Sfera.az bildirir ki, "Grand Chess Tour” turnirinin qalibi olan şahmatçı qazandığı uğurla bağlı fikirlərini bölüşüb. O, buna görə aidiyyəti qurumlardan təbrik almadığını vurğulayıb.
"Bu mənim üçün qazandığım ən güclü turnir idi. Bildiyiniz kimi turnirdə top onluqdan 7 şahmatçı iştirak edirdi. Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlarda sevinir, təbrik almamağıma baxmayaraq”, - deyə o qeyd edib.
Türkan