Şəhriyar Məmmədyarov Kasparova yenə qalib gəldi

Şəhriyar Məmmədyarov Kasparova yenə qalib gəldi
Blits şahmat üzrə "Grand Chess Tour” başa çatıb.

Sfera.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha doqquz turun görüşlərini keçirib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün altı xal toplayıb.

O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib. Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri altıncı pillədə başa vurub.

Yarışın qalibi adını franslı Maksim Vaşye-Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb. İkinci yeri 21 xalla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, üçüncü yeri 20,5 xalla Aniş Qiri (Niderland) tutub.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...