“Səhliyalı” şirkəti 200 ailəyə ərzaq payladı - Fotolar

“Səhliyalı” şirkəti 200 ailəyə ərzaq payladı - Fotolar

Azərbaycan ət və ət məhsulları bazarında xüsusi yeri olan "Səhliyalı” şirkəti Abşeron Rayon İcra Hakimiyyəti və rayon könüllülərinin dəstəyi ilə 200 ailəyə ərzaq bağlaması paylayıb.

Sfera.az xəbər verir ki, daim müxtəlif yardım aksiyaları həyata keçirən şirkət bu dəfə "Halallıqla xidmətinizdəyik” devizi ilə müəssisə daxilində istehsal edilən kolbasa və sosislər, süd məhsulları, o cümlədən qarabaşaq, makaron, çay, qənd, şəkər tozu və s. gündəlik tələbat məhsullarının paylanmasını həyata keçirib.

Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

 

Şirkətdən verilən açıqlamaya görə, məqsəd ölkəmizdə pandemiyanın yaratdığı təsirlərdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsidir:

"Bildiyimiz kimi, "Səhliyalı” müəssisəsi ət və ət məhsulları, eyni zamanda süd məhsulları istehsalçısıdır. Karantin günlərində də çalışanlarımızın əksər hissəsi ilə iş başındayıq. Həssas dövrü nəzərə alaraq əvvəlkindən daha məsuliyyətlə çalışır, məhsullarımızın satış nöqtələrinə vaxtında çatdırılması üçün bütün tədbirləri görürük”.

Qeyd edək ki, mövcud özünütəcrid tədbirlərini və bəzi vətəndaşların sağlamlıq vəziyyəti nəzərə alınaraq bütün bağlamaların birbaşa evlərə çatdırılması təmin olunub.

 

 








OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...