Səhiyyə Nazirliyi vaksinasiya olunan yeniyetmələrlə bağlı AÇIQLAMA YAYDI
14:12 / 14.10.2021
618
Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən Sfera.az-a bildirilib ki, indiyədək 357 yeniyetmə vaksinasiyada iştirak edib.
"Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər", - nazirlikdən qeyd olunub.