Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Azərbaycan Səhiyyə Nazirliyi  Rusiya istehsalı olan "Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib. 

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və "COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Rusiyada 6 milyondan çox insan "Sputnik V” vaksini ilə peyvənd olunub. 

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR