Səhiyyə Nazirliyi hamilələri peyvənd vurdurmağa ÇAĞIRDI

Səhiyyə Nazirliyi hamilələri peyvənd vurdurmağa ÇAĞIRDI
Səhiyyə Nazirliyinin Elmi- Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer ("Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

Sfera.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s) vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer ("Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər: "Hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək".

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır" - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Bu bürcün nümayəndələri Aprel ayında maddi çətinliyi unudacaq

Rusiyalı astroloq Tamara Qloba iddia edir ki, aprel ayında Oğlaq bürcünün nümayəndələri maliyyə sahəsindəki çətinlikləri unudacaqlar. Sfera.az xəbər verir ...

"Tramp qalib gəlməlidir"- Böyük Britaniyanın sabiq nazirindən MÖVQE

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərindən sonra Ağ Evdə olmalıdır. Sfera.az xəbər verir ki, bu b...

Dünyanın Ən Böyük Ailələri

Ailələrini genişləndirmək üçün rekord qıran bir çox ailələr var.   Sfera.az dünyanın ən böyük 10 ailəsini təqdim edir.    1. Zio...

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib.    Sfera.az bildirir ki, Cennifer Lopez ailə f...

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...