Səhiyyə naziri istefa verdi: \"Yorulmuşam...\"

Səhiyyə naziri istefa verdi: \
Avstriyanın Səhiyyə naziri yorulduğunu əsas gətirərək, istefa verib.

Sfera.az xəbər verir ki, COVID-19 epidemiyasının gətirdiyi iş yükündən bezdiyini bildirən Avstriyanın Səhiyyə naziri Rudolf Anşober istefa verib.

Vyanada keçirdiyi mətbuat konfransında açıqlama verən R. Anşober, "15 aylıq vəzifəm mənə 15 il kimi gəldi" deyərək vəzifəsindən istefa verdiyini açıqlayıb.

Özünü hazırkı iş yükünə uyğun hesab etmədiyini və gücünü itirdiyini söyləyən 60 yaşlı nazir "tükənsəydim, burada olmazdım. Lakin vəzifəmi yerinə yetirmək üçün gücüm qalmadı. Son illərin ən pis sağlamlıq böhranında ölkənin hazırkı iş rejiminə uyğun nazirə ehtiyacı var və o şəxs mən deyiləm”, - deyə, qeyd edib.
Qeyd edək ki, R. Anşober ötən ilin martında ürək-damar problemləri səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
 
Epidemiyanın başlanğıcından bəri 9 milyon əhalisi olan Avstriyada 9700 nəfərdən çox insan koronavirusdan həyatını itirib.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...