“Şəhidlərimizin sayı 36-ya yüksəldi” — Ərdoğan - VİDEO

“Şəhidlərimizin sayı 36-ya yüksəldi” — Ərdoğan - VİDEO
 Prezident Rəcəb Tayyib Ərdoğan, Dolmabahçedə verdiyi açıqlamada İdlibdəki hücumlarda şəhid sayının 36-ya yüksəldiyini deyib.

Sfera.az xəbər verir ki, Ərdoğan Dolmabahçedə partiyasının millət vəkilləri ilə görüşündən sonra açıqlamasında bunları deyib:

 "36 şəhidimiz var. 20 günlük əməliyyat zamanı verdiyimiz şəhidlərin ailələrinə öz adımdan və millətimin adından baş sağlığı verirəm. Şəhidlərimiz üçün ürəyimiz sızlayır. Həmd olsun, şəhidlərimizin qanını yerdə qoymuruq. İndiyə qədər 2 min 100-dən çox əsgərləri, o cümlədən 94 tank, 37 patron avtomatı, 28 raket və 17 zirehli avtomobilləri məhv edilib. Bir çox yer məhv edilib. Bu təzyiqi günü-gündən artırmaq əzmimizi göstərəcəyik. Düşmənin 7 kimyəvi məhsul anbarı partladılıb. Rejimə və onları dəstəkləyənlərə qətiyyətimizi göstərəcəyik”,- deyə o, qeyd edib. (olke.az)



OXŞAR XƏBƏRLƏR