Şəhid Xudayarı təhqir edən şəxsi döyənləri hansı cəza gözləyir? – Vəkil açıqladı

Şəhid Xudayarı təhqir edən şəxsi döyənləri hansı cəza gözləyir? – Vəkil açıqladı
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb.

Bununla bağlı vəkil Elvin Məhərrəmov Sfera.az-a açıqlamasında qeyd edib ki, həmin şəxslərin əməlləri  birbaşa olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin, yəni xuliqanlıq cinayətinin tərkibini yaradır:

"Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir”.

Vəkilin sözlərinə görə, həmin şəxslərin əməlləri Azərbaycan Respublikasının Cinayet Məcəlləsinin 221.2.1ci maddəsi ilə tövsif olunmalıdır:

"221.2.1-ci maddəyə əsasən, xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə "tvitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...