Şəhid və qazi övladlarının təhsilinə dəstək üçün ONLAYN MƏKTƏB

Şəhid və qazi övladlarının təhsilinə dəstək üçün ONLAYN MƏKTƏB
Xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsinin şəhid və qazi ailələrinə dəstək aksiyaları davam edir.

Sfera.az xəbər verir ki, Böyük Britaniyadakı soydaşlarımızın şəxsi təşəbbüsü əsasında ""Natavan” Online Schooling UK" onlayn məktəbi, II Qarabağ müharibəsi şəhid və qazilərinin övladlarına könüllü təhsil vermək qərarına gəlib.

Bu barədə "Söz” ədəbi-bədii layihəsinin rəhbəri, Nigar Həsənzadə öz sosial şəbəkə hesabında məlumat verib. N. Həsənzadə  bildibki, məktəbdə, başlanğıc olaraq ingilis dili, rus dili, kimya, riyaziyyat, biologiya dərsləri tədris olunur. Gələcəkdə isə bu siyahıya daha çox fənlər əlavə olunacaq. Bütün müəllimlər öz təcrübə və vaxtlarını təmənnasız olaraq uşaqlarla bölüşürlər.

Layihə rəhbəri onu da qeyd edib ki, bu gün uşaqların keyfiyyətli təsil alması ücün kompüterlərə ehtiyac var:
 
"Çünki telefonlarla işləmək əlverişsizdir. Təcili bu uşaqlar üçün təhsildə istifadə edilə biləcək kompüter yığımına başlayırıq. Yeni və ya işlənmiş olması əhəmiyyət kəsb etmir. Bu barədə cəmiyyətimiz fəallıq göstərməli, bu nəcib təşəbbüsün baş tutması üçün əlimizdən gələni etməli,  hamılıqla əl-ələ verib şəhid və qazi övladlarının yüksək təhsil almasına yardımçı olmalıyıq". 
 
Qeyd edək ki, Natavan Məktəbinin təsisçisi Səbinə Quliyevadır.  
 

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...