“Şəhid, qazi adından istifadə edib yaratdığınız QHT-ləri bağlayın\" - AMEA əməkdaşından ÇAĞIRIŞ

“Şəhid, qazi adından istifadə edib yaratdığınız QHT-ləri bağlayın\
"Şəhid, qazi, əsgər adlarından istifadə edərək açdığınız, o ailələrin heç bir problemində yanında olmadığınız, pul silmək, məşhur olmaq üçün yaratdığınız QHT-ləri, ictimai birlikləri bir zəhmət bağlayın”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Elyar İslamoğlu deyib. O, bir sıra millət vəkillərinə, o cümlədən birbaşa Milli Məclisə müraciət edib:

"Çox az sayda şəhidlər var ki, onların ata və anası vəfat edib. Həmin şəhidlərin geridə qalan bacı və qardaşlarına mənzil, şəhid pulu (500 Azn), müxtəlif güzəştlər verilmir. Ata-anasız şəhidlərin bacı-qardaşları bu məsələdən çox narazıdır. Məncə, çox az sayda olan həmin şəhidlərin əmanəti olan bacı-qardaşına şəhid pulu kimi ayrılan 500 manatı verməklə büdcəmizdən pul azalmaz. Valideynləri olmayan şəhidlərimizin bacı-qardaşlarını onların varisi təyin etmək, güzəştlərdən yaralanmalarına kömək etmək lazımdır”.

AMEA əməkdaşı qeyd edib ki, əgər ata-ana himayəsindən məhrum şəhidlərin geridə qalan bacı-qardaşına şəhidlər üçün nəzərdə tutulan güzəştlər təmin edilməyəcəksə, o zaman bundan sonra ata-anasız oğlanları nə əsgərliyə, nə də müharibəyə aparmasınlar.

Millət vəkili Fazil Mustafa isə E.İslamoğlunun təklifinə reaksiya verənlərdən olub. O, məsələnin həllinə çalışacağını deyib ."Şəhidlərimizin ruhu qarşısında borcumuzdur”, - deyə deputat əlavə edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR