Şəhid Polkovnikin oğlu: Ata mən sənə layiqli oğul olacam- FOTO
00:47 / 24.11.2020
3312
"Ata Allah sənə rəhmət etsin. Sən rahat yat, mən sənə layiqli bir oğul olacam. Qardaşıma da atalıq, qardaşlıq edəcəm. Ruhun şad olsun, cənab polkovnik".
Sfera.az xəbər verir ki, bunu bu gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlinin oğlu Mətləb Səmidli Facebook hesabında yazıb.
Qeyd edək ki, Talış yüksəkliyinə Azərbaycan bayrağı sancan polkovnik Səmidli Babək Mətləb oğlu Suqovuşanda minaya düşərək şəhid olub.