No Image
No Image

Şəhid polkovnik Babək Səmidlinin bu görüntüləri marağa səbəb oldu - VİDEO

Şəhid polkovnik Babək Səmidlinin bu görüntüləri marağa səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan Ordusunun şəhid zabiti, polkovnik Babək Səmidlinin maraqla qarşılanan yeni görüntüləri yayılıb.


Sfera.az xəbər verir ki, şəhid polkovnikimizin pianinodakı ifası sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub və həmin görüntülər qısa müddət ərzində kifayət qədər izlənib.


Xatırladaq ki, 1974-cü ildə Göyçay şəhərində anadan olan Babək Səmidli Türkiyədə hərbi ali təhsil aldıqdan sonra Azərbaycan ordusunda xidmət edib. O, aprel döyüşlərində və sentyabrın 27-də başlayan Qarabağ müharibəsində böyük şücaəti ilə yaddaşlarda qalıb.

 

Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli daim döyüşlərdə olub, təkbaşına 39 yaralı əsgərimizi döyüş ərazisindən çıxara bilib, Suqovuşanı azad edən kimi təhlükəli olsa da, mühəndisləri həmin əraziyə apararaq rayonlara su verilişini bərpa edib. Onun əsgərlər qarşısında çıxışı zamanı səsləndirdiyi 3 arzusu hamıda döyüşmək üçün ruh yüksəkliyi yaratmışdı. O, döyüşə gedən əsgərlərin şərəfli yolda olduqlarını, onlara ya qalib, ya şəhid, ya da qazi olmağı tövsiyə edirdi.


Komandirin bu sözləri əsgərlərdə ruh yüksəkliyi yaradırdı, hətta yaralı əsgərlər yenidən könüllü döyüşə gedirdilər.

 

Doğulduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vətəndaşlara "COVID pasportu" veriləcək? - ÜST cavab verdi

"Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”. Sfera.az xəbər v...

Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM

Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Pre...

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb. Təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olun...

Ekspert yeni nazirdən danışdı: "Uzun müddət onun rəhbərlik etdiyi şöbə..."

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nəqliyyat, rabitə və yüksək texnol...

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Azərbaycanda ət və toyuq bahalaşacaq - Yem qiymətlərinin artması qiymətlərə təsir edib

2019-cu ilin ikinci yarısından başlayaraq Azərbaycanda ət və ət məhsullarının qiymətindəki artım sürətinin bir qədər də güclənməsi müşahidə edilir. Rəsmi məlu...