Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
"YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.

Bu barədə "YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

OXŞAR XƏBƏRLƏR