Şəhid olduğu deyilən mayor evinə sağ qayıtdı - FOTO-VİDEO

Şəhid olduğu deyilən mayor evinə sağ qayıtdı - FOTO-VİDEO
 44 günlük Vətən mübaribəsində tarix yazanlardan biri də mayor Xəyyam Əliyevdir.

Sfera.az-ın məlumatına görə, Füzuli istiqamətində gedən qızğın döyüşlərdə mayor Xəyyam Əliyevin komandiri olduğu motoatıcı tabor düşmənə ağır zərbələr vuraraq iki keçilməz istehkamı qısa vaxt ərzində düşməndən təmizləyir. Növbəti həmlədə minaatan mərmi komandirin yanına düşərək onu ölümcül yaralayır. O, baş nahiyəsindən ağır yaralanaraq sol gözünü itirir.

Mayor, tabeliyində olan hərbçilərə tapşırır ki, "mənə fikir verməyin, siz irəliləməyə davam edin". Sonradan düşən mərmiləri isə onun üstünü torpaqla örtür.

O, yaralandıqdan sonra şəhid olduğu xəbərləri yayılır. Artıq Qazaxda, yaşadığı ünvanda hər kəs onun nəşini gözləyir, hazırlıq görürdü. Bu ərəfədə onun bacısına gələn zəng isə hər şeyi dəyişir...

Xəyyam Əliyevin ailəsi hospitala dəvət olunur. Çünki orada kimliyi bilinməyən yaralılar müalicə olunurdu və onların arasında mayor Xəyyam Əliyev də var idi.

Xəyyam Əliyevin atası Şəadət Əliyev özü də həm Əfqanıstan, həm də birinci Qarabağ müharibələrinin iştirakçısıdır. O, yeganə oğlunun hərbçi olmağını ailəsinin istədiyini deyib.

Xəyyam müharibədə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

 
(xezerxeber.az)

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...