Şəhid olan qəhrəmanların uşaqları bu məktəbdə oxuyacaqlar

Şəhid olan qəhrəmanların uşaqları bu məktəbdə oxuyacaqlar
Vətən müharibəsi başlanan gündən arxa cəbhədə hər kəs bacardığı qədər ön cəbhədə olanlara, döyüşən əsgərlərimizə maddi və mənəvi dəstəyini əsirgəmədi. İsti paltarlar, əlcəklər, siqaret alıb cəbhəyə yollayan nə qədər insanlar gördük. Arxa cəbhədəkilərin bu təşəbbüsü, dəstəyi ön cəbhədə olanların ruh yüksəkliyini daha da artırdı, onlara qələbə qazandırdı.

Hazırda şəhid ailələrinə, onların övladlarına, qazilərimizə maddi və mənəvi dəstək davam etdirilir. Torpaq uğrunda canından keçənlərin övladlarının yaxşı yaşamağa, yüksək səviyyədə təhsil almağa, savadlı yetişməyə hər kəsdən  çox haqqı çatır.

Bu ildən etibarən İkinci Qarabağ müharibəsində şəhid olan 15-dən çox hərbçinin övladı Azərbaycanın ən elitar məktəbi hesab olunan Bakı Oksford Məktəbində ödənişsiz təhsil alacaq. Adıçəkilən təhsil ocağının atdığı bu addım şəhid ailələrinə qayğının bariz nümunəsidir. Ümid edirik ki, bu, bütün özəl məktəblər üçün örnək olacaq. Uşaqların gələcəyi, yararlı vətəndaş kimi formalaşması ilk olaraq təhsildən başlayır. Şəhid övladlarının gələcəyi də sizlərdən, bizlərdən asılıdır. Onlara yardım etmək, dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.

Sfera.az xəbər verir ki, şəhid övladlarının Bakı Oksford Məktəbində ödənişsiz təhsil almaları, savadlı gənc kimi yetişdirilmələri təhsil ocağının təsisçilərinin öz təşəbbüsü ilə baş tutub. Kimisini sosial şəbəkə vasitəsilə, kimisini isə telekanallarda gedən verilişlərdən axtarıb, araşdırıb özləri tapıblar, onlarla əlaqə saxlayıb, məktəbə dəvət ediblər.

Məlumat üçün qeyd edək ki, Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun oğlu Teymur Həşimov Bakı Oksford Məktəbinin 6-cı sinfində, 2016-cı ildə Aprel döyüşlərində şəhid olan "Murov qartalı” polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu isə 9-cu sinfində oxuyur.

Teymur Abbaslının iki övladı - Feyruz və Siruz Abbaslı
 
Həmçinin, tibb bacısı, yeganə qadın şəhidimiz Arəstə Baxışovanın iki övladı – Mərdan və Zəhra, Füzulidə şəhid olan könüllü Denis Əliyevin qızı Alina, Hadrutda şəhid olan Teymur Abbaslının iki övladı - Feyruz və Siruz Abbaslı da bu ildən etibarən məhz Bakı Oksford Məktəbində təhsil alacaqlar.

Şəhid Teymur Abbaslının anası Başxanım Abbaslı deyir ki, oğlunun ən böyük arzusu balalarına yüksək təhsil vermək olub: "Allah bəzən arzuların reallaşmasına başqa cür yol açır. Mənim nəvələrimə də belə yol açdı. Oğlum həmişə balalarına "sizi Oksford məktəbində oxudacağam, sonra xaricə göndərəcəyəm” deyərdi. Nəvəm Feyruz televizorda çıxış edəndə dedi ki, atam bizi Oksfordda oxudacaqdı, amma alınmadı, ömrü vəfa etmədi. Həmin verilişə bu məktəbin məsul şəxsləri də baxırmış. Bizimlə əlaqə saxladılar. Dedilər ki, gəlin, sizin uşaqlarınızı qəbul edəcəyik. Biz də uşaqları götürüb gəldik”.

Allah bütün balaların gələcəyini parlaq eləsin. Mənim də nəvələrim Vətənimizə layiq övlad kimi böyüsünlər. Ataları kimi Vətəni sevsinlər. Heç bir ana mən çəkəni çəkməsin. Öz balalarımı da yetimçiliklə böyütmüşdüm. İndi də balamın yetim balalarını saxlamaq mənə nəsib oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ordumuzu hər zaman qalib, rəşadətli etsin”.

Baku Oksford Məktəbində tam orta ümumtəhsil məktəbində təhsil alan şəhid övladları:

1.Oruclu Nihad Raquf oğlu - IX sinif. Atası- polkovnik-leytenant Orucov Raquf İbrahim oğlu, 2016-cı ildə Aprel döyüşlərində şəhid olub.

2.Məmmədzadə Qəmər Fikrət qızı - V sinif. Atası- kapitan Məmmədov Fikrət Akif oğlu, 2014-cü il mayın 28-də təmas xəttində ermənilərin atəşkəsi pozması nəticəsində Fizuli rayonunda şəhid olub.

3.Həşimov Teymur Polad oğlu - VI sinif. Atası- general-mayor Həşimov Polda İsrayıl oğlu, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub.

4.Hacızadə Əli Ramid oğlu - III sinif. Atası- mayor Hacıyev Ramid Nəriman oğlu, 2020-ci ildə sentyabrda başlayan Vətən müharibəsi zamanı Talış kəndində şəhid olub.

5.Hacızadə Dəniz Ramid qızı - I sinif. Atası- mayor Hacıyev Ramid Nəriman oğlu, 2020-ci ildə sentyabrda başlayan Vətən müharibəsi zamanı Talış kəndində şəhid olub.

Şəhid anası Bakı Oksford Məktəbinin təsisçilərinə, rəhbər şəxslərinə öz təşəkkürünü bildirib: "Allah razı olsun, çox sağ

6.Hacızadə Yağmur Ramid qızı - I sinif. Atası - mayor Hacıyev Ramid Nəriman oğlu, 2020-ci ildə sentyabrda başlayan Vətən müharibəsi zamanı Talış kəndində şəhid olub.

7.Məmmədli Mərdan Ziya oğlu - VI sinif. Anası- hərbi tibbi qulluqçu Baxışova Arəstə Kərim qızı, 2020-ci ilin sentyabrına başlayan Vətən müharibəsi zamanı Qubadlı rayonunda şəhid olub.

8.Məmmədli Zəhra Ziya qızı - IV sinif. Anası - hərbi tibbi qulluqçu Baxışova Arəstə Kərim qızı, 2020-ci ilin sentyabrına başlayan Vətən müharibəsi zamanı Qubadlı rayonunda şəhid olub.

9.Quliyeva İnci Rəşad qızı - I sinif. Atası- polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlu, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda şəhid olub.

10.Quliyeva Dərya Rəşad qızı - I sinif. Atası -  polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlu, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda şəhid olub.

11.Həsənova Nurgül Nurlan qızı - Hazırlıq. Atası-könüllü əsgər Həsənov Nurlan, 2020-ci ildə oktaybrda başlayan Vətən müharibəsində şəhid olub.

12.Əliyeva Alina Denisovna - IV sinif. Atası-könüllü əsgər Əliyev Denis Aleksandroviç, 2020-ci ildə oktyabrın 8-də Füzulidə şəhid olub.

13.Abbaslı Feyruz Teymur oğlu - IV sinif. Atası - leytenant Abbasov Teymur Feyruz oğlu, 12 oktyabr 2020-ci ildə Hadrutda şəhid olub.

14.Abbaslı Siruz Teymur oğlu - III sinif. Atası- leytenant Abbasov Teymur Feyruz oğlu, 12 oktyabr 2020-ci ildə Hadrutda şəhid olub (Daha iki şəhid övladı yanvar ayından Bakı Oksford Məktəbində təhsil alacaq).
 
Vİrtualaz.org

OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...