Şəhid kapitanın atası: “Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm, amma…”

Şəhid kapitanın atası: “Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm, amma…”
"Mənim balam şəhid olub. Onunla fəxr edirəm”.

Sfera.az xəbər verir ki, bu sözləri ötən gün Xızıda helikopter qəzası zamanı şəhid olan 14 hərbçi ilə keçirilən vida mərasimində kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev deyib.

İtkisinin ağır olduğunu deyən ata övladının şəhid olmasının ona dözüm verdiyini bildirib:
 
"Ana- bacılarımdan xahiş edirəm ki, onlar üçün ağlamasınlar. Sağ olsun millətimiz, torpağımız. Mən dünyanın yarısını gəzmişəm. Hara gedirdim, başımı aşağı salırdım. İndi fəxrlə gəzirəm.

Torpaqlarımız azad olunub. Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm. Amma mənə dözüm verən onun şəhidliyidir”.

OXŞAR XƏBƏRLƏR