Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”

Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”
Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın... 

Hər kəs onu belə tanıdı. Onun kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.

Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını taxan Röyal Cəfərovdur.

Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!

"Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.
R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünməyib: "Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.

Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyir.

Röyalı xilas etməyə çalışan döyüş yoldaşı Süleyman Məmmədov həm də onunla birgə hərbi təhsil alıb.

S.Məmmədov döyüş zonasında ayağından yaralanan dostu Röyalın yarasını özünün "jqut”u ilə bağlayıb və sinəsində sürüyərək çıxarmaq istəyib. Bu zaman düşmən snayperi ilə Röyal növbəti dəfə vurulub, ona dəyən güllə çıxaraq dostu Süleymana tuş gəlib və o da yaralanıb. Süleyman onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitinin ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə  onu 700 metr daşıyıb. 

Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qaldı. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.

Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...